Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Haqqımızda
9 İyun , 2014

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1992-ci ildən fəaliyyət göstərir. Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2012-ci ildən Mərkəzləşdirilərək özündə 6 şöbə və 25 filial birləşdirmişdir.
• MKS-nin mərkəzi kitabxanasının "Oxuculara xidmət" şöbəsi 
• MKS-nin " Metodika və biblioqrafiya" şöbəsi 
• MKS-nin Mərkəzi kitabxanasının " Uşaq " şöbəsi 
• MKS-nin " İnformasiya- resurs "şöbəsi 
• MKS-nin " Komplektləşdirmə və kitabişləmə " şöbəsi 
• MKS-nin " Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması " şöbəsi 
Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan dilində nəşr olunmuş milli ədəbiyyat nümunələrini, o cümlədən xarici dillərdən tərcümə olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən xəzinədir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondunda elmin müxtəlif sahələrini əhatə edən 306207 nüxsə kitab vardır. Bu il kitabxanaya 2156 nüxsə yeni ədəbiyyat daxil olmuşdur Artıq kitabxana fondlarımız latın qrafikalı ədəbiyyatla zənginləşdirilmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sistemi hər il 20 adda müxtəlif dövrü mətbuata abunə olur. Əhalinin əksər hissəsi mütaliə ilə məşğul olur. Kitabxanamızın oxucularının əksəriyyətini tələbələr, qulluqçular, ziyalılar , təqaüdçülər və məktəblilər təşkil edir. Hər il Samux rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kolektivi “Kitab Bayramı” keçirir. Kitabxana fondu aktual məsələlərə, əlamətdar və tarixi günlərə dair maraqlı tədbirlər keçirir. Bunlardan kitab sərgiləri, ədəbi-bədii gecələr, kitab müzakirələri ədəbiyyatın təbliğində böyük rol oynayır. Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun səviyyədə qurulması işi təmin edilmiş, elektron kataloqun məlumat bazası genişləndirilmişdir. Hər ayın birində Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən aylıq seminar müşavirə keçirilir. Kitabxanada 100 nəfər işçi çalışır. Artıq kitabxanamızın demək olar ki, 83% işçiləri kompyuterdən sərbəst istifadə edirlər.