Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Haqqımızda
9 İyun , 2014

Mərkəzi Kitabxana Sisteminin " Oxuculara xidmət " şöbəsi çap əsərləri və digər informasiya daşıyıcılarının mühafizəsini, onların sistemli istifadəsini təşkil edir.Oxucuya eyni səviyyədə xidmət olunmasına təminat verir. Kitabxananın qaydaları, oxucuların hüquq və vəzifələri kitabxanaya yazılarkən hər bir abonentə izah olunur. MKS-nin " Oxuculara xidmət " şöbəsində 6 nəfər işçi çalışır :
1) Şöbə müdiri, 
2) Abonoment bölməsinin müdiri, 
3) Oxu zalının müdiri,
4) Böyük kitabxanaçı, 
5) Multimedia mütəxəssisi, 
6) İnformasiya texnologiyaları üzrə mütəxəssis. 
Şöbənin bütün işçiləri İRBİS-64 proqramının idarə olunmasını mənimsəmişlər. "Oxuara xidmət" şöbəsi işini günün tələbləri səviyyəsində qurur. Tərtib olunan illik iş planında nəzərdə tutulan görüləcək işlərin həyata keçirilməsini təmin edir. " Oxuculara xidmət " şöbəsində mütəmadi olaraq fondun təşkili, oxucularla iş, daxil olan ədəbiyyatın qeydə alınması, bölünməsi və sistem daxilində yerləşdirilməsi, fonddan çıxarılan ədəbiyyatın uçotu, hər ay statistik məlumatların verilməsi, il ərzində daxil olan ədəbiyyatın təbliği və təqdimatını həyata keçirir. Tədbirləri, mövzusuna uyğun olaraq, informasiya saatı, dəyirmi masa, məruzə-söhbət, sərgi-söhbət, kitab təqdimatı, poeziya saatı, oxucularla görüş, xatirə gecəsi, tematik gecələr, ucadan oxu kimi formalarda təşkil olunur. " Oxuculara xidmət " şöbəsi oxuculara virtual xidmət də göstərir. İnformasiya materialları tapılır, dərhal çap olunaraq oxucuya təqdim edilir.Şöbədə istifadəçilərin müxtəlif istiqamətli maraqlarına uyğun tələbatlarını ödəmək məqsədi ilə oxu zalı yaradılıb. Binada oxucu açıq rəf üsulu ilə kitab seçə bilir. 
" Oxuculara xidmət " şöbəsində 2013-cü ilin yekununa olan statistik məlumat : 
Oxucu sayı - 590 nəfər 
Kitabxanaya gəliş - 1.180 nəfər 
Kitab verilişi - 2.600 nüsxə 
Kitab fondu - 9010 nüsxə 
Oxu zalı üzrə : 
Oxucu sayı - 330 nəfər 
Kitab verilişi - 450 nüsxə