Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
1 Noyabr , 2022

01 noyabr 2022-ci il tarxində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 08 noyabr “ Zəfər Günü” bayramı və “Şuşa İli” münasibəti ilə  “Şuşa bizimdir ! Qarabag Azərbaycandır!”   adlı bayram tədbiri keçirildi.

Tədbirdə Gəncə Regional  Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri ,Samux rayon İcra Hakimiyyəti Müavinin İctimai –Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdiri  Kəmalə Xəlilova ,  Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının sədri Gündüz Bayramov ,  Şuşa Fatehi Məmmədzadə Elvinin atası Məmmədov İlham, Şəhid Yusifov Talehin anası Yusifova Mələk, Azərbaycan Qarabağ müharibəsi  Əlilləri , Veteranları və Şəhid ailələri İctimai Birliyinin Samux rayon filialının sədri Mirzəmməd Orucov, Samux rayon Gənclər və İdman İdarəsinin müdiri Rəşad Qarayev , Gəncə Regional  Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Süleyman Əliyev,Samux rayon Sərhəddin Əliyev adına 2saylı məktəbin direktoru Əminə Cəfərova, Samux rayon 1saylı Uşaq Musiqi Məktəbinin direktoru Ulviyyə Nadirova, Samux MİHİ -nin sədri Hüseynova Məhəbbət ,Vətən Müharibəsi iştirakçıları Qazi  “Şuşanın azad olunmasına görə” , “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Elvin Hümbətov , “Fizulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə”, medalları təltif olunan  Müharib Qurbanov , “ Fizulinin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə”Altun İbrahimov “ Cəbrayılın azad olunmasına görə” “  Vətən müharibəsi iştirakçısı” medaları ilə təltif olunan Fail Əliyev,  Mirzə Ələkbər Sabir adına məktəb liseyn müəlliməsi  Məmişova Gülnarə və Samux MKS-nin  uşaq şöbəsinin fəal oxucuları ,Samux rayon Sərhəddin Əliyev adına 2saylı məktəbin şagirdləri, Samux rayon 6saylı körpələr evi -uşaq baxçasının fidanları, MKS-nin  kollektivi iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin metodisti  aparıcı Məhin Məmmədova  08 noyabr Zəfər günü bayramı münasibətilə hər kəsi təbrik etdi .

İlk öncə  Azərbaycanln Dövlət Himni səsləndirildi, sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükütla yad edildi.

Söz  Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətova verildi.Vasif Cənnətov ilk öncə 44 günlük davam edən Vətən müharibəsində Zəfəri  xalqımıza bəxş edən  Azərbaycan Respublikasının prezidenti , Ali Baş Komandan Cənab İlham Əliyevə və Müzəffər Azərbaycan ordusuna  dərin təşəkkürünü bildirdi.Torpaqlarımızın bütövlüyü uğrunda  canından keçən Şəhidlərimizə Allahdan rəhmət ,  Qazilərimizə can sağlığı dilədi.               

Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini ,həmçinin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edildiyini və Şuşa ili ilə əlaqədar Gəncə Regional Mədəniyyət İdarəsinin idarə və müəssisələrində mütamadi tədbirlərin keçirildiyini qeyd etdi.

Şuşa Fatehi Elvin Məmmədzadənin atası İlham Məmmədov Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.Ali Baş Komandan,Cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqətdən və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa Fatehi Elvin Məmmədzadənin döyüş yolundan danışdı.

Samux rayon İcra Hakimiyyəti Müavinin İctimai –Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdiri  Kəmalə Xəlilova ,  Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının sədri Gündüz Bayramov ,  Samux rayon MKS-nin direktoru Telli Nəsibova ,Azərbaycan Qarabağ müharibəsi  Əlilləri , Veteranları və Şəhid ailələri İctimai Birliyinin Samux rayon filialının sədri Mirzəmməd Orucov, Samux rayon Gənclər və İdman İdarəsinin müdiri Rəşad Qarayev Zəfər günü ,”Şuşa İli”ilə əlaqədar geniş çıxışlar etdilər.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında bütün Azərbaycan xalqının bir yumruğ kimi birləşdiyini qeyd etdilər.Şuşasız Qarabağ ,Qarabağsız Azərbaycan yoxdur.!

Tədbirin bədii hissəsində Uşaq şöbəsinin fəal oxucuları Samux şəhər M.Ə.Sabir adına məktəbin 1a sinif şagirdləri Zəfər gününə həsr olunmuş Vətən adlı kompozisiya ilə, Samux şəhər 6saylı körpələr evi-uşaq baxçası “Zəfər nəgməmiz”adlı rəqs ilə, Samux şəhər Sərhəddin Əliyev adına 2saylı məktəbin 4a sinif şagirdləri “Xarıbülbül”adlı rəqs ilə, 7a sinif şagirdi Röya İbrahimova Azərbaycan adlı mahnı ilə, Uşaq şöbəsinin fəal oxucuları Natəvan pyesindən olan kompozisya ilə çıxış etdilər.

 

Foto Qalereya