Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
4 Noyabr , 2022

04.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Zəfər günü münasibəti ilə “ Qarabağ Azərbaycandır ” başlığı altında  rəsm sərgisi  keçirdi.

Rəsm sərgisi M.Ə Sabir adına 1 saylı lisey məktəbin 1b sinifi ilə birgə keçirildi.

Kiçik yaşlılar müxtəlif duyğuları sözlə ifadə edə bilmədikləri üçün rəsm çəkməyə üstünlük verirlər. Onlar rəsmlər vasitəsi ilə dünyaya və ətraf mühitə öz münasibətlərini bu cür bildirirlər.

8 noyabr 2020-ci il Qarabağa-Şuşamıza qovuşduğumuz  tarixi gün. Bu Böyük Qələbə Günüdür! Uşaqların  çəkdikləri  rəsmdə Şəhidlərimizin anım gününün simvolu olan Xarı bülbül gülü oldu. Daim onun adı gələndə kövrəlib, köks ötürərdik. Dünyada bənzəri olmayan zəfər və onun çiçəyi Xarı bülbül.

 

 

Foto Qalereya