Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
4 Noyabr , 2022

4 noyabr  2022-ci il  tarixində Gəncə Regional Mədəniyyət İdarəsi  Samux rayon  Mərkəzləşdirlmiş Kitabxana Sisteminin  Oxuculara  xidmət  şöbəsinin təşəbbüsü ilə 8 noyabr Zəfər gününə həsr olunmuş  “Türkə Zəfər yaraşır” adlı dəyirmi masa keçirilib.                                                  

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ilk növbədə istiqlal yolunda canlarını qurban vermiş Vətən oğullarının  və  bütün  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon  MKS-nin  Oxuculara xidmət şöbəsinin  müdiri  Vüsalə Əliyeva  qeyd etdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmən əzildi və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi daxil oldu.

Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Nuriyeva Sevda “Qarabağ   Azərbaycandır!”  adlı  məruzə ilə çıxış edib ,bildirdi ki, “ Biz bütün dünyaya    sübut etdik ki, Qarabağ əzəli  Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb.Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə  köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik,  sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu  məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir”.

Tədbir iştrakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq bildirdilər ki,44 günlük Vətən müharibəsində əldə olunan qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini bildiriblər.

 Oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi İmamquliyeva  Elnurə         

    “Şanlı Qələbəmiz” adlı sənədli filmi  proyektor vasitəsi ilə nümaiş etdirdi.