Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
4 Noyabr , 2022

4 noyabr  2022-ci il  tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Oxuculara  xidmət  şöbəsinin təşəbbüsü ilə  Azərbaycanın incisi  Şuşaya  həsr olunmuş  “Azərbaycanın  Mədəniyyət   paytaxtı  Şuşa -270” adlı  sərgi-söhbət keçirilib.

Sərgidə  Qədim Şuşanın  tarixini,mədəniyyətini,incəsənətini,xəritəsini,foto sənədləri,ticarəti və nəqliyyatını Şuşanın qədim küçələrini,məscidlərini,milli geyimlərini,bulaqlarını ,hamamlarını ,kənd təsərrüfatını,Qarabağ gəvələri haqqında geniş məlumatları əks etdirən kitablar nümaiş olunmuşdu .

Oxuculara  xidmət şöbəsinin  kitabxanaçısı  Nuriyeva Sevda Şuşanın  təhsili,məktəbləri,ailə və nigah,toy adətləri, insanların asudə  və istirahət vaxtlarının  səmərəli keçməsi,Şuşanın görkəmli şəxsləri  haqqında dəyərli tarixi  faktlar haqqında  məlumat verdi.