Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
5 Noyabr , 2022

5 noyabr  2022-ci il  tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon  MKS-nin  Oxuculara  xidmət  şöbəsinin təşəbbüsü ilə9 noyabr Bayraq  gününə həsr olunmuş  “Ən yüksək zirvələrdədalğalanan üçrəngli bayrağımız” başlığı altında kitab xülasəsi keçirilib.

Tədbirdə ilk növbədə Dövlət himni səsləndi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu. Oxuculara xidmət şöbəsinin müdiri Əliyeva Vüsalə  bildirdi ki,dövlət rəmzləri milli dövlətçiliyin, istiqlaliyyətin mövcudluğunu, xalqın keçmişini və gələcəyə yönəlmiş ən ülvi arzularını ifadə edir. Odur ki, hər bir vətəndaş dövlət rəmzlərinin yaranma tarixini, daşıdığı mənanı yaxşı bilməli, onları qorumalı, təbliğ etməli və aşıladığı ideyaları yaşatmalıdır.

Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Nuriyeva Sevda “Bayrağımız,Gerbimiz,Himnimiz” adlı kitabın xülasəsini təqdim etdi.

Kitabda Azərbaycan dövlətinin rəmzləri haqqında qanunlar əks olunub.

Kitab Bakı şəh.,2017-ci ildə “Prestij-N”Nəşriyyat Evində çap olunub,36 səhifədən ibarətdi.

Sonda tədbir iştrakçıları qeyd etdilər  ki,bu gün işğaldan  azad olunmuş  torpaqlarımızda  dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.