Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
16 Noyabr , 2022
16.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Vətənpərvərlik hissin yüksəltmək məqsədi ilə   “Dirçəliş günün mübarək Azərbaycan !” başlığı altında söhbət keçirdi.
Tədbir M.Ə.Sabir adına 1 saylı lisey məktəbin 3a sinifi ilə birgə keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqlara Milli Dirçəliş gününün yaranma tarixindən danışdı.
Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olundu. Bu bayram 1988-ci ilin noyabr -dekabr aylarında Bakıda olan milli azadlıq hadisələri ilə bağlıdır. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu.Öz haqqı,azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideyalar naminə birlik və bərabərliyini bir dafa bütün dünyaya nümayiş etdirdi.Məhz o gündən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur.
Tədbirdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub ,Ulu Öndər Heydər Əliyevin tarixi çıxışı dinlənilib. Şagirdlər müstəqillik  və vətənpərvərlik mövzusunda şeirlər söylədilər.