Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
17 Noyabr , 2022

17 noyabr 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi  Samux rayon  MKS-nin  Oxuculara  xidmət  şöbəsinin təşəbbüsü ilə  Milli Dirçəliş Gününə həsr olunmuş "Zəfər qoxulu Milli Dirçəliş Günü” adlı dəyirmi masa keçirilib.

Tədbirdə ilk növbədə  canlarını qurban vermiş  bütün  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə  qeyd olundu ki, əsrlər boyu azadlıq və müstəqillik arzuları ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında imperiya özbaşnalığına, Ermənistanın separatçılıq siyasətinə və Azərbaycanın keçmiş rəhbərlərinin satqınlıq, təslimçilik mövqeyinə etiraz əlaməti olaraq Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasını istiqlal mücadilsinin başlanğıcı kimi qiymətləndirmişdir. Bu mübarizənin 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə nəticələndiyini, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqilliyimiz dönməz və əbədi xarakter almışdır.

Bu gün xalqımız Milli Dirçəliş Gününü möhtəşəm Qələbə ilə qeyd edir. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu, hər bir ölkə vətəndaşı üçün qürurvericidir.

 

Foto Qalereya