Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
22 Noyabr , 2022
22 noyabr 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi  Samux rayon  MKS-nin  Oxuculara  xidmət  şöbəsinin təşəbbüsü ilə  Vətən müharibəsinin şəhidləri leytenant Elvin Məmmədzadənin və Nürəddin Hümbətovun əziz xatirəsinə həsr olunmuş “Vətən Sizə oğul dedi!” adlı anım günü  keçirilib.
Şəhidlərin anım  günlərini  təhsil müəssisələrində keçirməyimizin məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdir ,uşaqları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda  torpağa sədaqət, lazım gələrsə şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır.