Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Samux rayon Mərkəzi Kitabxanası
Tədbirlər
17 Yanvar , 2023
17.01.2023-cü il tarixində Gəncə Regional Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 20 Yanvar faciəsinin 33-ci  il dönümünə həsr olunmuş “Qanlı gecə”adlı anım günü keçirdi.
 Tədbir Samux rayon M.Ə.Sabir adına 1 saylı lisey məktəbin 5b sinifi ilə birgə keçirildi.
İlk öncə Vətən uğrunda can verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi.
       Söhbətə Mərkəzi Kitabxananın direktoru Telli  Nəsibova 40 il qul kimi yaşamaqdansa bircə gün azad yaşamağı üstün tutan  Babəkin “Azadlıq verilmir alınır”ifadəsi ilə başlayaraq bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.Şəhidlərimizin axan qanı,xalqın verdiyi qurbanlar hədər getməyib, azadlıq və müstəqillik arzuları həqiqətə çevrilib.
     Uşaq şöbəsinin müdiri Venera Məmmədova çıxış edərək qeyd etdi ki,zaman ötür ,illər əsirlərə ,əsirlər minilliklərə çevrilir. Zaman axınında baş verən tarixi hadisələr bəziləri müəyyən dövrdən sonra unudulur, amma  elə hadisələ var ki,xalqın, millətin yaddaşında əbədiləşir.20 Yanvarda belə tarixi hadisələrdəndir. Şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalı və heç vaxt yaddan çıxartmamalııq.
   Tədbirdə uşaq şöbəsinin fəal oxucuları olan 5b sinif şagirdləri ilə birgə hazırladığı ədəbi-bədii kompzisiya –“Qanlı gecə”hadisəsini canlandıran səhnə nümayiş olundu.