Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Xəbərlər
31 Mart , 2016
Samux rayonunda qan yaddaşımızda dərin iz buraxmış “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi. Samux rayonunda qan yaddaşımızda dərin iz buraxmış “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi. Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Samux rayon təşkilatında keçirildi və tədbirdə icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbiri çıxış nitqi ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev tarix boyu xarici qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımıları həyata keçirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 Mart soyqırımı olduğunu bildirən A.Qocayev bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu vurğuladı. Sonra hər bir təşkilatdan Soyqırımla bağlı çıxışlar oldu.