Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Xəbərlər
4 Aprel , 2016
Bu gün Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında ölkə başçısı, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 02 aprel 2016-cı il tarixində keçirdiyi Təhlükəsizlik Şurasının iclasından irəli gələn məsələləri ictimaiyyətə çatdırmaq, o cümlədən Respublikamızın düşmənlə təmas nöqtəsində baş vermiş gərginliyi müzakirə etmək məqsədi ilə geniş müşvirə keçirildi. Müşavirədə rayon ictimaiyyəti, ziyalılar, agsaqqallar,idarə və müəssisə rəhbərləri iştirak edirdilər. Müşavirəni giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev işğalçı dövlətin törətdiyi təxribatlara qarşı Ali Baş Komandanın rəhbərliyi ilə silahlı qüvvələrimizin həyata keçirdiyi sarsıdıcı cavab həmlələrindən danışdı. Daha sonar çıxış edən Samux Rayon Məhkəməsinin sədri Nizami Hümbətov qeyd etdi ki, düşməndən dəfələrlə güclü olan ordumuz vəziyyəti tam nəzarət altında saxlayır. Sonda Cənab Alı Qocayev hər kəsə səbirli olmağı,ruhdan düşməməyi və hər zaman Prezidentimizin arxasında olmağı tövsiyyə etdi.