Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Xəbərlər
13 İyun , 2016

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 10-da Samux rayonunda vətəndaşları qəbul edib.Nazir daha sonra rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib.

Samux rayon Mərkəzi kitabxanasına gələn Ə.Qarayevə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması məqsədilə həyata keçirilən işlər haqqında geniş məlumat verilib. Kitab fondu barədə ətraflı məlumat alan nazir bu il də kitabxananın lazımi yeni ədəbiyyatla təmin olunacağını bildirib.