Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
3 Noyabr , 2017

    Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələn məktuba əsasən Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən mütəmadi olaraq  “ Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin keçirilməsi təşkil olunur.

   Noyabr  ayının 3-də Samux rayon Kitabxanasında “Uşaq Hüquqlarının müdafiəsi” nə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbiri giriş sözü ilə  Samux rayon üzrə Mərkəzi Kitabxana Sisteminin direktoru Abdullayeva  Şəhla xanım açdı. Şəhla xanım qonaqları salamladı və ilk olaraq sözü Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Süleyman Əliyevə verdi. Süleyman müəllim Azərbaycanda uşaqların hüquqlarından,onların təlim-tərbiyyəsindən,təhsilindən danışdı.Xidmət şöbəsinin  kitabxanaçısı İmamquliyeva Elnurə “Uşaqlar öz hüquqlarını bilməlidir” adlı, Uşaq şöbəsinin işçisi Sadıqova İlahiyyə isə “Uşaqlara dövlət qayğısı”mövzusu ətrafında məruzələr etdilər. Qonaqlara  uşaq hüquqlarının müdafiəsinə və qorunmasına həsr olunmuş videoçarx təqdim olundu.

   Yekun olaraq MKS-nin direktoru abdullayeva Şəhla xanım başda olmaqla Uşaq şöbəsinin müdiri Verdiyeva Nəzamət və işçiləri 01 saylı orta məktəbdə və 01 və 03 saylı uşaq baxçalarında oldular.Şəhla xanım uşaqlarla söhbətlər apardı və onları öz hüquqlarını bilməyə çağırdı.