Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
7 Dekabr , 2017

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyev sərəncam imzalayıb..Sərəncamı  əsas  tutaraq 6 dekabr 2017-ci il tarixində Samux  rayon Mərkəzi  Kitabxanada Xidmət şöbəsinin müdiri  Əliyeva Vüsale Zirəddin qızının təşəbbüsü ilə hazırlanmış “Haqq yolçusu – Hüseyn  Cavid “ adlı  ədəbi - bədii  gecə  kecirildi.Tədbirdə azərbaycan  xalqının güdretli söz  ustası Hüseyn Cavidin həyat və yaradıcılığından,əsərlərindən bəhs  olundu. “Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb yaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək!

  Tədbirdə onun haqqında yazılmış xatirələr və Ulu öndər Heydər Əliyevin görkəmli şair və yazıçılar haqqında söylədiyi fikirləri əks etdirən kitablar nümayiş olunub.

  Eyni  zamanda proyektor  vasitəsi ilə söz  ustadının şerləri,dram əsərlərindən  parçalar və  sözlərinə yazılmış  mahnılar  nümaiş olundu.

 

 

Foto Qalereya