Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
22 Dekabr , 2017

         22.12.2017-ci  il  tarixdə Samux rayon  Mərkəzi  Kitabxana  Sistemində  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  gününə  dair  və  Yeni ilin  gəlişi ilə bağlı   “Həmrəy  olaq  və  yeni  ilə birgə çıxaq”  başlığı  altında  geniş  tədbir  təşkil olunmuşdur.  Tədbirə  İcra Hakimiyyətinin  məsul  işciləri, Mərkəzi Mədəniyyət evinin kollektivi, YAP təşkilatının  kollektivi, Gənclər və İdman idarəsinin işçiləri, Heydər Əliyev mərkəzinin kollektivi, Ruzigar  qəzetinin  baş  redaktoru, Mədəniyyət işcilərinin  Həmkarlar  təşkilatının  sədri ,  Mərkəzi  Kitabxananın  kənd kitabxana filialları  və Təhsil şöbəsinin  kollektivi  yaxından iştirak edirdilər. Tədbirə dəvət olunmuş  hər  bir kəs  Dünya Azərbaycanlılarının Həmrəyliyi  gününə  və yeni ilin   gəlişi  ilə  bağlı   öz ürək sözlərini və təbriklərini söylədilər.  Yeni  il  şənliyində iştirak etmiş balaca  fidanlar və məktəblilər Məkəzi Kitabxananın foyesində qurulmuş geniş yolkanın ətrafında rəqs etdilər və  şeirlər  söylədilər.  Sonda  Şaxta baba və qar qız  uşaqlarla  rəqs  etdi  və onlara  hədiyyələr  payladılar.