Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
12 Yanvar , 2018

Gəncə Regional Samux rayon MKS-nin Oxuculara Xidmət şöbəsi tərəfindən

10 yanvar 2018-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin 100 illik yubileyi ərəfəsində “Qara Qarayev dühasına ehtiramla” adlı musiqi saatı təşkil olunmuşdu.Tədbirdə XX yüzilliyin musiqi mədəniyyətində ən görkəmli yerlərdən birini tutan bəstəkar,özgün musiqi estetikasının yaradıcısı kimi Azərbaycan klassik musiqisini ən mükəmməl tərzdə inkişaf etdirən sənət xadimi Qara Qarayevin həyat və yaradıcılığından söhbət aparıldı.Eyni zamanda bəstəkarın əsərlərindən yığılmış proyektor vasitəsi ilə video-çarxlar nümaiş olundu.Təbii ki,Qara Qarayev kimi şəxsiyyətlərin adının təqdimatında musiqi xadimi ifadəsi çox az mətləbi ifadə edir.Onun yaradıcı və pedaqoji fəaliyyətinin mükəməlliyi,başqa sözlə,dahiliyi adı ilə bağlı hər bir tədbirin musiqi hadisəsinə çevrilməsinə aşkar görünür.