Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
17 Yanvar , 2018

17 yanvar 2018-ci il tarixində Samux rayon MKS-də  “Qanla yazılmış tarix” adlı 20 Yanvar  hüzn gününə həsr olunmuş  dəyirmi  masa  keçirildi.Tədbirdə mövzu  ətrafında  çıxışlar  səsləndi.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidlər paytaxtımızın "Dağüstü park” kimi tanınan ünvanını özləri boyda möhtəşəm, əzəmətli, müqəddəs məzara - Şəhidlər xiyabanına çevirdilər.Bu gün Azərbaycanda yaşayan öz vətəninə, xalqına bağlı olan hər kəs unutmamalıdır ki, işgal edilmiş Qarabağ torpaqlarımız - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə millətin yaşamaq hüququ olduğunu sübut edən zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…