Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Elanlar
13 Fevral , 2018
Mədəniyyət və Turizm Nazirliyi "Nəsimi Poeziyası" bədii qiraət müsabiqəsini elan edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublika üzrə məktəblilər arasında Azərbaycanin böyük mütəfəkkiri və şairi İmaməddin Nəsiminin xatirəsinə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsi keçirilir. Müsabiqə 2 turdan ibarətdir. Müsabiqənin I turunun birinci mərhələsi 28 fevral 2018-ci ildə Samux şəhər Mərkəzi Kitabxanasında keçiriləcək. I mərhələdə münsiflər heyəti tərəfindən Samux şəhər üzrə qaliblər seçiləcək. Müsabiqənin birinci mərhələsinin qalibləri Gəncə regionu tərəfindən keçiriləcək müsabiqənin II mərhələsində iştirak edəcəkdir. Əziz məktəblilər! Müsabiqədə iştirak etmək üçün Samux şəhər Mərkəzi Kitabxanasında qeydiyyatdan keçmeyinizi sizdən xahiş edirik. Müsabiqədə iştirak etmək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz. Samux rayonu, Heydər Əliyev prospekti Əlaqə telefonu: (022)2751674 E-mail: samux.mks@mail.ru