Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
24 May , 2018

22.05.2018-ci il tarixdə Samux rayon Mərkəzi Kitabxana Sistemində “Azərbaycan Xalq Cumhuriyyəti-100” başlığı altında tədbir keçirildi. Tədbirdə 1 saylı orta məktəbin 2-ci, 3-cü, 4-cü sinif şagirdləri, müəllim kolektivi, bir çox idarə və təşkilatlar iştirak edirdilər. Tədbir Azərbaycan Himni ilə açıq elan olundu.İlk olaraq Mərkəzi Kitabxana Sisteminin Direktoru Abdullayeva Şəhla Azərbaycan Xalq Cumhuriyyəti  haqqında geniş məruzə ilə çıxış etdi. Daha sonra məktəb şagirdləri  Cumhuriyyətimizə aid şeirlər və maraqlı rəqslər ilə öz məharətlərini göstərdilər. Tədbirin sonunda MKS-nin kollektivi və gələn qonaqlar xatirə şəkli çəkdirdilər.