Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
23 İyul , 2018
23.07.2018-ci il tarixində Samux rayon MKS-nin Xidmət şöbəsində Ağdam rayona həsr olunmuş tədbir keçirildi.Tədbir iştrakçıları Ağdam rayonunun şəhidlərinin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.Sonra Ağdam rayonu haqqında video-çarx vasitəsi ilə məlumat verildi.Dəyirmi masaya Ağdam rayonundan məcburi köşənlər də dəvət olunmuşdu.Onlar öz yurdları haqqında söhbət açdılar.Bu gün onların ən böyük arzusu tеzliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üç rəngli bayrağı yaxın zamanlarda işğal olunmuş Azərbaycan torpaqlarında dalğalanacaq, işğal altındakı torpaqlarımız azad ediləcək.Tədbirdə Ağdam rayonunun mədəniyyət ocaqları ,tarixi yerlərin və abidələrin video-çarxi nümaiş olundu. Sonda tədbir iştrakçıları Ağdam rayonuna həsr olunmuş kitabların sərgisinə baxdılar