Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
31 İyul , 2018

31 iyul 2018-ci il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən şair Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Samux rayon MKS-nin Xidmət şöbəsi tərəfindən "Yenə o bağ olardı” adlı tədbir keçirilib.

Xidmət şöbəsinin müdiri Əliyeva Vüsalə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və bildirilib ki, belə tədbirlərin keçirilməsinin məqsədi uşaqların mütaliə maraqlarının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək, Azərbaycan ədəbiyyatının represiyaya məruz qalan görkəmli nümayəndələrini onlara tanıtmaqdır.

Tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən video-çarx nümaiş olunmuşdu , yazdığı şeirlərə bəstələnmiş mahnılar ifa edilib, şeirlərindən nümunələr dinlənilib.

Tədbirin sonunda Xidmət şöbəsinin kitabxanaçısı Əliyeva Ləman Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamını oxuyub.

Sonda Mikayıl Müşfiqin kitablarından ibarət sərgilərə baxış keçirildi.