Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
26 Oktyabr , 2018
26 oktyabr 2018-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın unudulmaz şairi İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə, bir çox elm adamları, idarə və təşkilatlar, Samux rayon MKS-nin işçiləri, tələbə və şagirdlər də iştirak edirdilər. Samux rayon MKS-nin direktoru Abdullayeva Şəhla"Azərbaycanın Sönməz Günəşi İmadəddin Nəsimi"başlığı altında geniş məruzə ilə çıxış etdi. Şəhla xanım çıxışında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.
MKS-nin direktoru çıxışının sonunda həmçinin qeyd edib ki,İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb.