Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
19 Fevral , 2019
Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcudur. Daha geniş qəbul olunmuş fikirlərə görə "Samux" adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub, "meşəlik", "ağaclıq" mənasını verir. Rayon öz tarixi adına yalnız Azərbaycan müstəqillik qazanadan sonra, 1992-ci ildə qovuşmuşdur. Rayon ərazisi Kür çayının sağ və sol sahillərindəki düzənliklərdə yerləşir. Rayonun ərazisindən Qabırrı, Qanıx çayları, Qarayeri qəsəbəsindən isə Quşqara çayı keçir. Rayonun şimal sərhəddində Bozdağ və Ceyran çöl qış otlaqları yerləşir. Rayonun kənd təsərrüfatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq və həmçinin tərəvəzçilik, meyvəçilik təşkil edir. Bu yerdə üzümçülük geniş inkişaf etmişdir. Meşələri canlı təbiət muzeyidir. İl payıza dönəndə Samuxun Ceyrançöl qışlağı çadırlar, binələr şəhərciyinə çevrilir. Ərazisi 1455 kv. km-dir. Rayon Respublikanın Qərbində yerləşir və Gəncə-Qazax iqtisadi zonasına daxildir. Samux rayonu Böyük və Kiçik Qafqaz dağları arasında düzənlik yerdə yerləşir. Samux rayonu Gürcüstan respublikası ilə həmsərhəddir. Samux rayonun iqlimi quru kontinental iqlim növünə aiddir. Samux rayonu ərazisində sahəsi 1686 kv.metr olan “Eldar Şamı” dövlət qoruğu yerləşir. Samux rayonu Eldar şamının vətənidir. Kür sahili ərazidə Tuqay meşələri mövcuddur. Ceyrançöldə aparılan arxeoloji qazıntılardan məlum olmuşdur ki,bu rayonun tarixi qədim daş dövrünə təsadüf edir.Eramızın III-V əsrlərində Samux rayonunun ərazisi Albaniya dövlətinin Uti vilayətinin tərkibində olmuşdur. Samux rayonu 1992-ci ildə mərkəzi Səfərəliyev qəsəbəsi olmaqla keşmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. Az sonra Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılmışdır. 2008-ci ildən Nəbiağalı qəsəbəsi Samux şəhəri adlandırılmışdır.Meşələrdə bitən nadir müalicəvi əhəmiyyəti olan zirniş, yemişan, iydə, at şabalıdı, qara moruq və.s kimi ağac və kollar istirahət zonalası kimi Samuxu daha da cəlbedici edir. Rayonun ərazisində “İmamzadə”məscid kompleksi yerləşir. Burada 739-cu ildə İmam Məhəmməd Bağırın oğlu şahzadə İbrahim, onun oğlu və həyat yoldaşı dəfn olunmuşdur. Rayonun Əli Bayramlı kəndində müalicəvi isti su çıxır. Samux rayonunda 1 şəhər, 5 qəsəbə və 29 kənd vardır.18.02.2019-cu ildə Samux rayon Mərkəzi Kitabxana sistemində samux rayonunun yaranması ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masada Samux rayonunun yaranma tarixi ilə bağlı məruzələr oxundu,və videoroliklər təqdim olundu.