Samux rayon Mərkəzi Kitabxana Sistemi

Samux rayon MKS
Tədbirlər
26 Fevral , 2019
Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Heydər Əliyev
26 fevral 2019-cu il tarixdə Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Samux rayon Bayraq meydanından başlayan yürüş Şəhidlər Kompleksinin önündə başa çatmaqla anım mərasimi keçirilmişdir.Yürüyüşdə Samux rayon Mərkəzi Kitabxana Sisteminin kollektivi də iştirak edirdi. Rayon rəhbərliy və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Xocalı şəhidlərinin əziz xatirəsi yad edildikdən sonra tədbir iştirakçıları "Xocalı Faciəsinə” həsr olunmuş samuxlu məktəblilərin hazırladıqları foto və əl işlərindən ibarət kompozisiyalara tamaşa etdilər.