Samux rayon Mərkəzi kitabxanası

Samux rayon MKS
Tədbirlər
20 İyun , 2019
Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Elton Xaləddin oğlunun anım günü” keçirildi. Ilk öncə tədbir iştirakçıları Milli qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər-qərənfillər düzdü. 19.05.2019-cu il tarixindən Qəhrəmanın adını daşıyan Əhmədbəyli kənd tam orta məktəbin önündə qəhrəmanın əziz xatirəsinə ucaldılmış baraliyef açıldı və məktəbdə Milli Qəhrəmanın şərəfinə yaradılmış muzeylə tanışlıq oldu. Daha sonra tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev qeyd etdi ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, bir neçə döyüşçünü məhv etdikdən sonra döyüşün ağır yerində sərhəd pozucularının biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görən cəsur əsgər dərhal özünü qumbaranın üzərinə ataraq öz həyatı bahasına əsgər və zabitlərimizin həyatını xilas edib. Bəli həmin bu cəsur əsgər İsgəndərov Elton Xaləddin oğludur. O bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək gənc nəsillərə nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücayəti nəzərə alaraq 25.06.2009-cu il tarixli 349 saylı Sərəncamı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını verdi. Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıqla ilə fəxr etdiyini və Azərbaycanımızda Elton kimi vətənpərvər oğlanların sayının onminlərlə, yüzminlərlə olduğunu vurğuladı və göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi . Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin şəxsi heyət üzrə baş idarənin rəisi Kinyaz Qaralov qəhrəmanımızın şərəfli xitmətindən danışaraq qeyd etdi ki, bu gün Eltun İsgəndərov qəhrəmanlığı ilə gənclərimiz üçün ən böyük bir örnəkdir. ALLAH Qəhrəmanımız Elton İsgəndərovla birgə vətən yolunda rəhmətə gedən bütün şəhidlərimizə rəhmət eləsin