Samux rayon Mərkəzi Kitabxana Sistemi

Samux rayon MKS
Tədbirlər
6 Noyabr , 2019

06.11.2019-cu il tarixində Samux rayon Mərkəzi Kitabxana Sisteminin uşaq şöbəsinin Müdiri Verdiyeva Nəzamət və Kitabxanaçısı Məmmədova Zəminə 09 Noyabr Bayraq günü ilə əlaqədar olaraq Samux rayon Mirzə Ələkbər Sabir adına 01 saylı Məktəb-liseydə ibtidai sinif şagirdləri ilə birgə şeir saatı təşkil etdilər.Uşaqlar həm şeirlər söylədi,həm də dövlət simvolumuz olan bayrağımız haqqında geniş məlumatlara yiyələndilər.