Samux rayon Mərkəzi Kitabxana Sistemi

Samux rayon MKS
Tədbirlər
8 Noyabr , 2019
8 noyabr 2019-cu il tarixdə Samux rayonunda "09 Noyabr - Bayraq günü " münasibəti ilə möhtəşəm tədbir təşkil olundu.Samux rayon Mərkəzi Kitabxana Sisteminin işçiləri də yürüyüşdə iştirak etdi Gənc şagirdlər və yürüyüş iştirakçıları əllərində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı ilə Heydər Əliyev Mərkəzinin qarşısından Bayraq meydanına doğru irəlilədilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndi.Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və çıxış edən natiqlər Bayraq günü münasibəti ilə hər kəsi təbrik etdi. Daha sonra tədbirin bədii hissəsində şagirdlər Bayraq günü ilə bağlı çoxlu şeirlər dedilər. Tədbir gənclərimiz və rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Əziz xalqımız hər birinizi 09 Noyabr - Bayraq Günü münasibəti ilə təbrik edirik . Ulu babalarımızdan bizə əmanət olan üçrəngli, ay-ulduzlu bayrağımızın əbədi olaraq dalğalanmasını diləyirik.