Samux rayon Mərkəzi Kitabxana Sistemi

Samux rayon MKS
Tədbirlər
18 Fevral , 2020
18 fevral 2020-ci il tarixdə Samux rayonunun yaradılmasının 28 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Samux rayon Mərkəzi Kitabxana Sisteminin işçiləri də yaxından iştirak edirdilər.Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad etdilər. Sonra Ümummilli Liderin adını daşıyan Mərkəzdə tədbir başladı. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev rayonumuzun tarixindən, Cənab Prezident İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğıdan, rayonda gənclər siyasətinin uğula həyata keçirilməsindən söhbət açdı.
Daha sonra tədbirin bədii hissəsində gənclər bir-birindən rəngarəng konsert proqramı ilə çıxış etdilər.