28 iyul 2020-ci il tarixində Gəncə Regional Mədəniyyət Idarəsi Samux rayon Mərkəzi Kitabxana Sisteminin kollektivi və Yuxarı Ağasıbəyli kənd kitabxana filialı ilə birgə “ Ana dilim şirindir” adlı videokonfrans keçirildi. Konfransda dilimizin milli simamız,sərvətimiz olduğu vurğulandı.Azərbaycan əlifbasının yaranma tarixindən bəhs olundu. Konfrans iştirakçıları Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıldığını,ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı,Azərbaycan dilinin dövlət dili kimi təkmilləşdirilməsinin və dünya Azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyimizin göstəricisi kimi Beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər.Sonda tədbir qənaətbəxş hesab olundu.